Bakıda piyada keçidinin üzərində yeni işıqlandırılma sistemləri tətbiq edilib VİDEO


Digərləri 06 May 2021 16:36:00 139 0

Bakıda piyada keçidinin üzərində yeni işıqlandırılma sistemləri tətbiq edilib  VİDEO

Bakıda piyada keçidinin üzərində yeni işıqlandırma sistemləri tətbiq edilib.

Bu barədə Son.az-a Bakı Nəqliyyat Agentliyindən bildiriblər. Qeyd olunub ki, Bakı şəhərində piyada təhlükəsizliyinin artırılması istiqamətində işlər davam etdirilir:

"Bu çərçivədə Təbriz küçəsinin Əliyar Əliyev küçəsi ilə kəsişməsində asfalt örtüyü üzərində yeni işıqlandırılma sistemləri tətbiq edilib. Bu cür işıqlandırılma sistemləri sürücülər və piyadaların daha diqqətli olmaları ilə yanaşı, həm də piyadaların piyada keçidindən istifadəsini təşviq edir.

Hazırda bir sıra ehtiyac olan digər ərazilərdə də işıqlandırma sistemlərinin tətbiq edilməsi istiqamətində işlər aparılır".