Bu sənəddə ermənilərlə bağlı bütün həqiqətlər əks olunub


Siyasət 06 May 2021 15:13:00 143 0

Bu sənəddə ermənilərlə bağlı bütün həqiqətlər əks olunub

"Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqinə dair Ombudsman aparatının hazərladığı hesabat düşünürəm ki, son illərdə Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin hazırladığı ən yaxşı sənəd hesab oluna bilər. Çünki burada Ermənistanda və onun hüdudlarından kənarda azərbaycanlılara qarşı aparılan etnik təmizləmə və bu sahədə olan niftəri təbliğ edən siyasətin yol açdığı insan hüquqları pozuntularının dünya ictimiyyətinə çatdırılması istiqamətində bir çağırış məqsədi daşıyır. Eyni zamanda, hesabatla tanış olanda burada faktoloji materiallardan, tarixi sənədlərdən və sosial şəbəkələrdə, mətbuatda yayımlanan etibarlı mənbələrdən alınmış məlumatlardan istifadə olunduğu görünür".

Bunu Son.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, siyasi analitik İlyas Hüseynov deyib. 

O bildirib ki, erməni ideoloqlarının Azərbaycanafob siyasətinə nümunə kimi 1956-cı ildə erməni əsilli yazıçı Arutunyanın İrəvanda dərc olunmuş "Xatirələr" kitabını göstərə bilərik:

"Hesabatda həm də qeyd olunur ki, yeni ərazi iddiaları Ermənistanın siyasi elitasının uzun illərdir regiondakı başqa millətlərə qarşı formalaşdırdığı nifrət ideologiyası, etnik təmizləmə və işğalçılıq siyasəti qabarıq şəkildə özünü göstərir. Bu, Azərbaycan torpaqlarının 20%-nin 30 ilə yaxın işğal altında saxlanılması və 1 milyondan artıq insanın öz doğma yurdlarından didərgin salınması uzun illər etnik zəmində Azərbaycana qarşı apardığı nifrət siyasətinin nə qədər təsirli gücə malik olduğunu göstərir. Nüfuzlu beynəlxalq təşkilatların - BMT, Avropa Şurası və digər nüfuzlu qurumların işğala son qoyulması ilə bağlı qəbul etdikləri sənədlərin tələblərinə baxmayaraq Ermənistan beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizlik nümayiş etdirərək işğalçılıq siyasətini davam etdirib və insan hüquqlarının kütləvi və kobud şəkildə pozulmasının təşviqatçısı olub. Ermənistan tərəfindən törədilən müharibə cinayətlərinə və insan hüquqları pozuntularına vaxtında beynəlxaq hüquqi qiymətin verilməməsi bu halların davamlı xarakter almasına şərait yaratmışdı və cəzasızlıq mühitində Ermənistanın müharbə cinayətləri davam etmişdi. Eyni zamanda hesabatda həm də ermənilərin tarixi Azərbaycan torpaqlarına köçürülməsi ilə bağlı məsələlərə də toxunulur. 1813-1828-ci illərdə bağlanan Gülüstan və Türkmənçay müqavilələrinin həmən məqsədi daşıdığı və çar Rusiyasının özlərinə ermənilərdən ibarət "etnik" dayaq yaratması ilə bağlı məlumatlar qeyd olunur və Azərbaycanın Naxçıvan, Dağlıq Qarabağ və ətrafına, o cümlədən İrəvan və Zəngəzur əyalətlərinə köçürülmə o dövrün sənədlərində və xəritələrində öz əksini tapıb. Ümumilikdə hesabatda həm sosial şəbəkələrdən, həm dövrü mətbuatdan, eyni zamanda tarixi xəritələrdən geniş şəkildə istifadə olunub, həm də Vətən müharibəsində Gəncə və Bərdə terroru terroru ilə bağlı sosial şəbəkələrdə Azərbaycanafob çıxışları da burada öz əksini tapmışdır. Həm də sənəddə vurğulanır ki, azərbaycanlılara qarşı tətbiq edilən ayrıseçkilik siyasəti iki xalq arasında qarşıdurma yaratmaqda maraqlı olan qüvvələr, o cümlədən erməni təxribatçı qruplar müxtəlif illərdə o dövrün hakim qüvvələrinin Azərbaycana qarşı deportasiya siyasətinin tətbiq edilməsinə nail olmuşdular və əlverişli torpaqlardan quraq ərazilərə köçürülən azərbaycanlıların sərt iqlim dəyişikliyinə keçidi sağlamlıqlarında müəyyən problemlər yaratmışdı, hətta onların intihar dərəcəsinə çatdırılması qeydə alınmışdı. 

Erməni ideoloqlarının uzun illər Azərbaycanafob siyasəti Ermənistanda geniş vüsət almışdı, hətta 1956-cı ildə erməni əsilli yazıçı Arutunyan İrəvanda dərc olunmuş "Xatirələr" kitabında daşnaqlar tərəfindən "mümkün qədər çox öldür, talan et, heçkimə rəhm etmə" şüarı altında azərbaycanlılara qarşı qəsdlər edilməsi, evlərindən qovulması qeyd olunub. Ümumilikdə ombudsmanın bu hesabatında azərbaycanlılara qarşı son illərdə aparılan etnik təmizləmə və təcavüzkar siyasətin müxtəlif elementlərinə toxunulur. Həm də Ballıqaya, Başlıbel, Xocalı şəhərinin işğal olunması məsələsi qeyd olunur. Mühüm strateji mövqedə yerləşən Xocalı şəhərinin işğal olunması və burada soyqrım hadisələrindən çəkilən dəhşətli foto və videolarla bağlı qeydlər hesabatda  yer alıb. Böyük Britaniyanın "Reuters" agentliyi, "Times", "Guardian", BBC telekanallarının həmən dövrdə Qarabağa ezam olunmuş müharibə müxbirlərinin törədilən cinayət faktları ilə bağlı materiallar hesabatda işıqlandırılır. Burada həmçinin azərbaycanlıların cəsədlərinin araşdırılması zamanı xüsusi amansızlıqla qətlə yetirildikləri qeyd olunub. Cəsədlər üzərində törədilmiş qeyri-insani davranışlar dünya tarixində ilk dəfə erməni təxribatçıları tərəfindən etnk zəmində azərbaycanlılara qarşı törədilmişdi. Ümumilikdə bu hesabatı Azərbaycanın uzun illər ərzində Ermənistan tərəfindən təqiblərə məruz qalması və regionda işğalçılıq siyasəti nəticəsində Azərbaycana dəymiş maddi və mənəvi ziyanın dəyərləndirilməsi istiqamətində mühüm konseptual sənəd hesab etmək olar və bu sənədin müxtəlif dillərə tərcümə edərək dünya ictimiyyətinə çatdırılması, media orqanlarında işıqlandırılması mühüm əhəmiyyət kəsb edir. Çünkü məhz ombudsman istiqamətində Ermənistanda da müəyyən fəallıq nümayiş olunur, Ermənistanın ombudsmanı Arman Totayan öz fəallığı ilə seçilir və bu istiqamətdə gərgin iş aparır. Azərbaycanlılara qarşı əlinə düşən hər vəchlə siyasətini davam etdirir, qərb institutlarına çıxış imkanları axtarır. Bu fəaliyyətin qabaqlanması və Azərbaycanın hücum diplomatiyası, informasiya seqmentində fəallaşması çox aktualdır. Bu nöqteyi nəzərdən bu sənədin tez bir zamanda dünya ictimiyyətinə çatdırılması, müxtəlif media orqanlarında işıqlandırılması çox aktuallıq tələb edir və bu istiqamətdə Ombudsman Aparatına böyük iş düşür".

Təhməz Əsədov