DİN müğənni Aslanın ölümü ilə bağlı məlumat yaydı


Digərləri 05 May 2021 12:11:00 105 0

DİN müğənni Aslanın ölümü ilə bağlı məlumat yaydı

Ötən gün avtomobil qəzasında həlak olan müğənni Aslan Hüseynovun ölümü barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirlikdən Son.az-a verilən məlumatda deyilir ki, mayın 4-də saat 5 radələrində Bakı-Qazax yolunun Ələt qəsəbəsi ərazisində qəza baş verib. Hadisədə Bakı şəhər sakini Aslan Hüseynov (müğənni) idarə etdiyi "BMW" markalı avtomobili qarşıda gedən paytaxt sakini G.Bəşirovun idarə etdiyi "KamAZ" markalı yük avtomobilinə vurub. Nəticədə A.Hüseynov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hadisə ilə bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.