İtkin düşmüş daha bir hərbçimizin nəşi tapıldı


Digərləri 05 May 2021 12:22:00 131 0

İtkin düşmüş daha bir hərbçimizin nəşi tapıldı

Vətən müharibəsində itkin düşmüş daha bir hərbçinin nəşi tapılıb.

Son.az bildirir ki, Vətən müharibəsinin ilk günlərindən itkin düşən və axtarışları davam edən 1990-cı il təvəllüdlü Mingəçevir sakini Tağıyev Pərviz Hafiz oğlunun nəşi Suqovuşan-Tərtər istiqamətində aşkar edilib.

Mingəçevir şəhər İcra Hakimiyyətindən bildirilib ki, şəhid bu gün saat 14.00-da Mingəçevir Şəhidlər xiyabanında dəfn olunacaq.