Mövlud Çavuşoğlu Almaniyaya səfər edəcək


Dünya 05 May 2021 11:52:00 113 0

Mövlud Çavuşoğlu Almaniyaya səfər edəcək

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Almaniyaya səfər edəcək.

Son.az APA-ya istinadən bildirir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat yayıb.

Türkiyə XİN başçısı mayın 6-da Almaniyaya gedəcək.

Səfər çərçivəsində baş tutacaq görüşlərdə ikitərəfli münasibətlər, regional məsələlər və Aİ-Türkiyə arasındakı əlaqələr müzakirə olunacaq.