Ermənilər rusları hədələyir


Dünya 05 May 2021 12:04:00 137 0

Ermənilər rusları hədələyir

Xocalıdakı ermənilər faşist terrorçu Qaregin Njdenin abidəsini sonadək qorumağa hazırdır.   Son.az moderator.az-a istinadən xəbər verir ki, bu haqda "infoteka24" teleqram-kanalı məlumat yayıb.   "Heykəli kim götürsə - onu öldürəcəyik". Məlumata görə,  faşist xislətli ermənilər abidənin üstündə belə yazıb və bunun fotosunu mediaya göndəriblər.   Xatırladaq ki,  dünən - mayın 4-də Azərbaycan torpağındakı erməni separatçı-terrorçu rejiminin mətbuat katibi Lusine Avanesyan sosial şəbəkələrin erməni seqmentində Azərbaycan Respublikasının Xocavənd şəhərində  erməni faşisti Qaregin Njdeyə qoyulmuş abidənin sökülməsi haqda şayiələri təkzib edib.   P.S. Guya ki, Rusiya hərbçiləri istəsələr, Xocavənddəki bu murdar heykəli sökə bilməzlər?  Terrorçu nasist Njde ilk növbədə faşistlərin tərəfində Rusiyaya qarşı vuruşub...