Azərbaycanda yeni sənəd hazırlanacaq


Digərləri 05 May 2021 12:09:00 124 0

Azərbaycanda yeni sənəd hazırlanacaq

Azərbaycanda enerji resurslarının istifadəsi zamanı ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi hazırlanacaq.

Son.az Trend-ə istinadən bildirir ki, bununla bağlı məsələ "Enerji resurslarından istifadə haqqında" qanuna dəyişiklik layihəsində əksini tapıb.

Dəyişikliklə enerji resurslarının istifadəsi ilə əlaqədar "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun əlavəsində nəzərdə tutulmuş fəaliyyət növləri üzrə ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi hazırlanmalı və həmin sənədin dövlət ekoloji ekspertizası həyata keçirilməlidir.