Su hövzələrindən icazəsiz istifadə edənlərə sanksiya tətbiq edilməyə başlayıb


Digərləri 05 May 2021 11:24:00 126 0

Su hövzələrindən icazəsiz istifadə edənlərə sanksiya tətbiq edilməyə başlayıb

Su obyektlərinə qanunsuz müdaxilə edən fiziki və hüquqi şəxslərə qarşı cərimə sanksiyası tətbiq edilməyə başlayıb.  

Son.az xezerxeber.az-a istinadən bildirir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin su resurslarının idarə edilməsi şöbəsinin müdiri Mütəllim Əbdülhəsənov deyib.

O bildirib ki, qanunvericilikdə olan boşluqdan istifadə edən bəzi fiziki və hüquqi şəxslər tərəfindən su hövzələrinə nəzarətdən kənar müdaxilələr olunub və sudan icazəsiz istifadə edilib. Onun sözlərinə görə, ötən ilin avqust ayından başlayaraq bir sıra müvafiq qurumların nümayəndələrinin iştirakı ilə su hövzələrinə nəzarətdən kənar müdaxilənin qarşısının alınması üçün monitorinq aparılıb. Nəticədə 56 akt tərtib edilib, 410 məcburi göstəriş verilib.

Mütəllim Əbdülhəsənov deyib ki, su hövzələrinə həm dövlət qurumları, həm də fiziki və hüquqi şəxslər tərəfindən müdaxilə edildiyi məlum olub.  

Şöbə müdiri əlavə edib ki, Azərbaycanın su obyektləri dövlət tərəfindən qorunur və onların uçotu həyata keçirilir: "Oradakı təbii sərvətdir və su obyektlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sözü eşidilməli və təklifləri nəzərə alınmalıdır".

Dövlət Ekoloji Ekspertiza Agentliyinin sədri Mirsalam Qənbərov isə deyib ki, icazə almadan sudan istifadə edənlər təsərrüfatlarında problemlə qarşılaşacaqlar.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Son.az