Braziliyada koronavirusdan ölənlərin sayı 410 mini keçib


Dünya 05 May 2021 10:44:00 128 0

Braziliyada koronavirusdan ölənlərin sayı 410 mini keçib

Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 77 359 nəfər yoluxub.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 14 856 888 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 2 966 nəfər ölüb, ölənlərin ümumi sayı 411 588 nəfər təşkil edir.