Bu dövlət qurumunun işçilərinə kompensasiya veriləcək


Digərləri 05 May 2021 10:37:00 109 0

Bu dövlət qurumunun işçilərinə kompensasiya veriləcək

Dövlət Məşğulluq Agentliyinin işçilərinə kompensasiya veriləcək.

Son.az Trend-ə istinadən bildirir ki, bununla bağlı "Məşğulluq haqqında" qanuna dəyişiklik təklif edilir.

Belə ki, qanuna iki yeni (24.12 və 24.13) maddə əlavə olunur.

Yeni maddəyə görə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) bu Qanunun 24.2-ci maddəsinə uyğun olaraq özünüməşğulluğa cəlb olunmuş şəxslərin fəaliyyətinin müqavilə müddətində monitorinqini (elektron monitorinq istisna olmaqla) aparan işçilərinə nəqliyyat xərcləri üçün "İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikası Qanununun 19.0.2.5-ci maddəsində nəzərdə tutulmuş vəsait hesabına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə kompensasiya ödəniləcəck.

Digər bir dəyişiklikdə isə qeyd edilib ki, bu Qanunun 24.1.3-cü maddəsində nəzərdə tutulmuş təlimlərin keçirilməsi ilə bağlı "İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikası Qanununun 19.0.2.5-ci maddəsində nəzərdə tutulmuş vəsait hesabına ödənilən təlim xərclərinin, o cümlədən təlim materiallarının hazırlanması xərcləri və təlimçilərə ödənilən haqqın məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Sənədin qeyd hissəsində bildirilir ki, Qanun layihəsi işsiz şəxslərin özünüməşğulluğunun təşkili qaydasını təsbit edən mövcud qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə hazırlanmışdır və özündə aşağıdakıları nəzərdə tutur:

"Məşğulluq haqqında" Azərbaycan Respublikası Qanununun 24.1.5-ci maddəsinə əsasən özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin 1 (bir) il ərzində monitorinqi işsiz şəxslərin özünüməşğulluğunun təşkili mərhələlərindən biridir. Bu Qanunun 24.2-ci maddəsinə uğun olaraq özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin müqavilə müddəti ərzində monitorinqi aparılır və müqavilə müddətinin sonuna şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, özünüməşğulluğun təşkili üçün verilmiş əmlak həmin şəxsin mülkiyyətinə verilir, uyğun istifadə edilmədiyi təqdirdə isə qanunvericiliyə əsasən zəruri tədbirlər görülür.