Netanyahuya yeni hökuməti formalaşdırmaq üçün verilən müddət başa çatıb


Dünya 05 May 2021 07:44:00 135 0

Netanyahuya yeni hökuməti formalaşdırmaq üçün verilən müddət başa çatıb

İsrailin Baş naziri və "Likud" partiyasının lideri Binyamin Netanyahuya martın 23-ü keçirilən növbədənkənar parlament seçkilərinin yekunları üzrə hökumət koalisiyasını qurmaq üçün verilən 28 günlük müddət mayın 5-i başa çatıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə İsrail prezidenti Reuven Rivlinin mətbuat xidmətindən bildiriblər.

"Baş nazir Binyamin Netanyahuya hökumət qurmaq üçün verilən 28 günlük müddət gecə yarısı bitdi. Gecə yarısından bir müddət əvvəl B.Netanyahu dövlət başçısına hökuməti formalaşdıra bilmədiyini bildirib və buna görə də mandatı (seçkilərdən sonra Nazirlər Kabinetinin formalaşdırılması üçün - red.) prezidentə qaytarıb", - deyə mətbuat xidmətindən bildiriblər.

Qeyd edilib ki, bu gün prezident hökumətin formalaşdırılması üzrə prosesin davam etdirilməsi üçün Knessetdə təmsil olunan partiyalarla danışacaq.