Bayden Putinlə iyun ayında Avropada görüşəcəyinə ümid edir


Dünya 05 May 2021 07:11:00 124 0

Bayden Putinlə iyun ayında Avropada görüşəcəyinə ümid edir

ABŞ prezidenti Cozef Bayden iyun ayında Avropaya səfəri çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə görüşəcəyinə ümid edir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu C.Bayden Ağ Evdə keçirilən mətbuat konfransında jurnalistin V.Putinə görüşün keçirilməsi barədə təklif edilib-edilmədiyi barədə sualına cavabında deyib.

ABŞ prezidenti bildirib: "Mənim ümidim və gözləntim bundan ibarətdir. Biz bunun üzərində işləyirik".