Pagani Huayra BC Supernova rodsterini təqdim edib FOTO


Digərləri 04 May 2021 22:01:00 132 0

Pagani Huayra BC Supernova rodsterini təqdim edib  FOTO

Pagani Huayra BC rodsteri 2019-cu ilin yayında debüt edib. Məlum olduğu kimi, rodster 800 at qüvvəsi və 1050 Nm fırlanma anı hasil edən 6,0-litrlik V12 mühərriki, yeddi pilləli sekvental Xtrac transmissiyası və arxa oxdakı elektronika ilə idarələnən differensialla təchiz edilir. Superkarın başlanğıc qiyməti 3,5 milyon dollar təşkil edir, tirajı isə 40 nüsxə ilə məhdudlaşır.

Son.az autograph.az-a istinadən bildirir ki, İtalyan istehsalçısı müştərilərinə geniş fərdiləşdirmə imkanları da təklif edir. Kvebekdən olan iş adamı və kolleksiyaçı Olivye Benlulu da belə təklifdən yaralanmaq qərarına gəlib. Benlulunun sifarişi ilə hazırlanmış rodster Huayra BC Supernova (ulduzların parlaqlığının kəskin artması belə adlanır) adlandırılıb.

Superkarın karbon kuzovu qeyri-adi Oro Rosa çalarına rənglənib. Bir sıra eksteryer elementləri və müxtəlif ölçülü təkər diskləri isə Bronzo Chiaro rənginə boyanıblar. Superkarın interyeri daha qeyri-adi görünüşə malikdir - italyanlar oturacaqların üzlənməsində tartan naxışı olan damalı parça və əsl dəridən istifadə ediblər. Bundan başqa, interyerdə müxtəlif rəngli karbondan, süni zamşa və alüminiumdan da istifadə olunub. Salonda qızıl rəngə də yer tapılıb - cihazlar panelinin siferblatları bu rəngdədir.

Yeri gəlmişkən, bu rodster Olivye Benlulunun qarajındakı ilk Pagani avtomobilidir. Kanadalı iş adamının kolleksiyasında Bugatti Chiron hiperkarı var. Eyni zamanda, Benlulu Mercedes-AMG One hiperkarının gıələcək xoşbəxt sahiblərindən biridir.