Gürcüstanda koronavirusa daha 788 nəfər yoluxub


Dünya 04 May 2021 21:24:00 139 0

Gürcüstanda koronavirusa daha 788 nəfər yoluxub

Gürcüstanda ötən sutka ərzində koronavirusa 788 yoluxma halı qeydə alınıb.

Son.az Trend-ə istinadən bildirir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 313 742 nəfərə çatıb.

Məlumata əsasən, ötən sutka koronavirusdan 20 nəfər ölüb, 1 206 nəfər isə sağalıb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusdan ölənlərin sayı 4 209 nəfər, sağalanların sayı isə 295 458 nəfər təşkil edir.