İsmayıllıda göldə batan gəncin meyiti tapılıb FOTO


Digərləri 04 May 2021 21:09:00 145 0

İsmayıllıda göldə batan gəncin meyiti tapılıb  FOTO

İsmayıllı rayonunda dostları ilə göldə çimərkən batan oğlanın meyiti tapılıb.

Son.az APA-ya istinadən xəbər verir ki, rayonun Topçu kənd sakini, 1993-cü il təvəllüdlü Zərbəliyev Həzi Hamlet oğlunun meyiti bu gün axşam saatlarında FHN-in dalğıc-axtarış qrupunun əməkdaşları tərəfindən sudan çıxarılaraq ailəsinə təhvil verilib.

Həzi Zərbəliyevin bir ay öncə ailə həyatı qurduğu bildirilir.

Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.