“Tesla” elektrikli minivenini təqdim edə bilər


Digərləri 04 May 2021 21:10:00 127 0

“Tesla” elektrikli minivenini təqdim edə bilər

Dünyanın ən böyük elektromobil istehsalçısı olan "Tesla" şirkəti miniven buraxa bilər.

Son.az ted.az-a istinadən bildirir ki, "Cybertruck" üslubunda hazırlanmış miniven artıq 2026-cı ildə təqdim oluna bilər.

Şərti olaraq "Cybervan" adlanan model 12 nəfər üçün nəzərdə tutulacaq.

Qeyd edək ki, minivenin istehsalı barədə ilk fikirlər hələ 2020-ci ildə şirkətin rəhbəri İlon Mask tərəfindən səsləndirilib.