Türkiyədə bu gün 336 nəfər COVID19dan həyatını itirib


Dünya 04 May 2021 21:11:00 130 0

Türkiyədə bu gün 336 nəfər COVID19dan həyatını itirib

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 336 nəfər həyatını itirib.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 241 747 nəfər test edilib, onlardan 28 997-nin koronavirus testi pozitiv nəticə verib, 38 218 nəfər sağalıb, 3 452 koronaviruslu xəstənin isə vəziyyəti ağırdır.

Hazırda ölkə üzrə bu infeksiyadan ümumilikdə 41 527 nəfər ölüb.