Buzlaqların əriməsinə səbəb olan əsas amillər


Digərləri 04 May 2021 21:15:00 136 0

Buzlaqların əriməsinə səbəb olan əsas amillər

Beynəlxalq alimlər qrupu dünyadakı buzlaqların daha sürətli əriməyə başladığını və 15 il əvvələ nisbətən ildə 31% daha çox qar və buz itirməsini müəyyən edib. Səbəb qaz, neft kimi təbii məhsularının yandırılması nəticəsində yaranan iqlim dəyişikliyidir. Tədqiqatçılar peyk məlumatlarını təhlil edərək, 2015-ci ildən bu yana 220.000 dağ buzlağının hər il 298 milyard tondan çox qar və buz itirdiyini hesablayıb. Bu suyun həcmi İsveçrəni 7,2 metr su ilə örtmək üçün kifayətdir.

2015-ci ildən 2019-cu ilə qədər ərimə nisbəti 2000-2004 il ilə müqayisədə ildə 71 milyard ton artıb. Dünya buz təbəqəsi itkisinin yarısı ABŞ və Kanadanın payına düşür. Alimlərin fikrincə, Alyaskada buz əriməsi dünyada ən yüksək göstəricilərdən biridir. Kolumbiya buzlağı ildə təxminən 35 metr əriyir. Bununla belə, dünyanın hər yerində buzlaqlar əriyir - hətta nisbətən sabit hesab edilən Tibetdə də buzlaqlar əriyir. Yalnız İslandiya və Skandinaviyada yağışın artması səbəbindən kütləsi artan bir neçə buzlaq var.