Hakerlər iPhone smartfonlarına AirDrop ilə daxil ola bilər


Digərləri 04 May 2021 21:20:00 125 0

Hakerlər iPhone smartfonlarına AirDrop ilə daxil ola bilər

Almaniyanın Darmştad Texniki Universitetinin mütəxəssisləri, hakerlərin mobil əməliyyat sistemində quraşdırılmış "AirDrop" xidmətindən istifadə edərək "iPhone"u "sındıra" biləcəyini söyləyib. Bu funksiya "Apple" smartfonları arasında məlumat ötürməyə imkan verir.

"AirDrop"xidməti, müəyyən "iPhone"a yalnız telefon kitabçasında olan nömrəsi və ya "Apple" ID qeyd edilmiş smartfondan məlumat almasına imkan verir. Bununla belə bu məhdudiyyəti yan keçmək olar. Tədqiqat qrupu, "Wi-Fi" ötürücüdən istifadə edərək, ətrafda "AirDrop" funksiyası aktiv olan smartfonları skan edən "PrivateDrop" cihazı hazırlayıb. Cihaz, uğurlu axtarış etdikdən "iPhone"a qoşulmaq üçün müraciət edir. Mütəxəssislərin bildirdiyi kimi, bu müddət ərzində "PrivateDrop" cihazı , qurbanın etibarını qazanmağa çalışır. Alqoritm seçim edərək uyğun telefon nömrəsini və ya elektron-poçt ünvanı tapır və "AirDrop" qurbanına göstərir. Bu qayda ilə təcavüzkarın cihazı məlumat mübadiləsi üçün icazə ala bilir.