Göldə çimən gənc boğulub öldü


Digərləri 04 May 2021 18:59:00 126 0

Göldə çimən gənc boğulub öldü

İsmayıllı rayon sakini bədbəxt hadisə nəticəsində ölüb.

Son.az APA-ya istinadən bildirir ki, rayonun Topçu kənd sakini, 1993-cü il təvəllüdlü Zərbəliyev Həzi Hamlet oğlu bu gün axşam saatlarında göldə çimərkən ehtiyatsızlıq edib və suda batıb. Hazırda onun meyitinin tapılması üçün iş aparılır.

Həzi Zərbəliyevin bir ay öncə ailə həyatı qurduğu bildirilir.