"Manafın xəbəri olmur, yarım saata tapıb başa salıram"


Şou-biznes 04 May 2021 18:36:00 287 0

"Manafın xəbəri olmur, yarım saata tapıb başa salıram"

Müğənnilər Afət Fərmanqızı və Manaf Ağayev "Həmin Zaur" verlişində qonaq olarkən 25 ilə yaxındır dost olduqlarını açıqlayıblar. M.Ağayev Afətin  heç də kişi dostlarından geri qalmadığını xüsusi vurğulayıb.

Bəzən kefim olmur. Dərhal mənimlə maraqlanır.

Son.az sherg.az-a istinadən xəbər verir ki, A.Fərmanqızı isə Manafla dostluq əlaqələri haqda bunları söyləyib:

"Ümumiyyətlə, haqsızlığı sevmirəm. Nə mənim Manafdan, nə də Manafın məndən maddi asılılığı var. Amma biz dostuq. Kimsə ona qarşı haqsızlıq edəndə, qəbul edə bilmirəm. Haqqına girib rəy yazırlar. Manafın xəbəri olmur, yarım saata tapıb başa salıram".