Bakı üç erməni hərbçini sərbəst buraxdı


Siyasət 04 May 2021 18:26:25 69 0

Bakı üç erməni hərbçini sərbəst buraxdı

Bakı xoş niyyətini nümayiş etdirərək üç erməni hərbçini sərbəst buraxıb.

Son.az caliber.az-a istinadən xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin növbəti dəfə nümayiş etdirdiyi humanizmə və humanist siyasətə uyğun olaraq, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatdan sonra Qarabağda tərksilah edilmiş və barələrində həbs qətimkan tədbiri seçilmiş üç nəfər Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu azad edilib.

Həmin şəxslər yaxın saatlarda Rusiya sülhməramlılarının komandanı Rüstəm Muradovun müşayiəti ilə Bakı-İrəvan istiqamətində uçuş edəcək hərbi təyyarə ilə İrəvana çatdırılacaqlar.

Azad olunan şəxslər bunlardır: Rovert Vardanyan, Şuxyan Samvel, Tamrazyan Seyran.

İstintaq prosesi çərçivəsində Ermənistan vətəndaşları olan bu şəxslərin Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçuları olması təsbit edilsə də, onların əməllərində cinayət tərkibi, o cümlədən mülki və ya hərbi Azərbaycan vətəndaşlarının öldürülməsi və ya yaralanması ilə nəticələnən əməliyyatlarda iştirakı müəyyən edilməyib. 

Azərbaycanın nümayiş etdirdiyi yüksək humanizm siyasətinə Ermənistan tərəfindən humanizm prinsipləri ilə cavab verilmir.

Ermənistan minalanmış ərazilərin xəritələrini hələ də gizlədir. Minalanmış ərazilər mülki və hərbi şəxslərin ölümü və yaralanması ilə nəticələnir.

Birinci Qarabağ müharibəsi dövründən itkin düşmüş hesab olunan 4000-dən artıq Azərbaycan vətəndaşı barəsində Ermənistan tərəfindən məlumat verilmir. Onların əksəriyyəti öldürülüb və kütləvi məzarlıqlarda basdırılıb. Belə məzarlıqlardan biri Kəlbəcərin Başlıbel kəndində müəyyən edilib.

Birinci Qarabağ müharibəsində Ermənistan tərəfdə əsirlikdə olduğu və sağlığı Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən də təsbit edilmiş və müxtəlif yazışmalar aparılmış Azərbaycan vətəndaşları barəsində Ermənistan hələ də məlumat vermir. Yəqin ki, həmin şəxslər işgəncələrlə öldürülüblər. Amma Ermənistan onlar barəsində hər hansı məlumat verməkdən boyun qaçırır.

Ona görə də Ermənistan hansı əsaslarla humanizmdən danışır və hətta bu əsaslarla Azərbaycana qarşı iddialar irəli sürür.

"Allah pandemiyanı yayana lənət eləsin" like
  • 04 May 18:22  
Şou-biznes "Allah pandemiyanı yayana lənət eləsin"

"Bezdik, nə qədər olar? Psixologiyamız pozuldu artıq. Şəxsən mənim

arrow Ətraflı
Müğənni 10 minlik gəlincik aldı like
  • 04 May 18:16  
Şou-biznes Müğənni 10 minlik gəlincik aldı

Müğənni Aleyna Tilki Londondan aldığı gəlinciklərə sərvət ödəyib.

arrow Ətraflı
Radiotezliklər üzrə Dövlət Komissiyası yaradılıb  SƏRƏNCAM like
  • 04 May 18:14  
Siyasət Radiotezliklər üzrə Dövlət Komissiyası yaradılıb SƏRƏNCAM

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Radiotezliklər üz

arrow Ətraflı
Koronavirusun qurbanı olan tanınmışlar  FOTOlar like
  • 04 May 18:08  
Şou-biznes Koronavirusun qurbanı olan tanınmışlar FOTOlar

Artıq bir ildən çoxdur ki, dünyanı cənginə alan koronavirus infeksiyası

arrow Ətraflı
“Telegram”ın yaradıcısı yarıçılpaq FOTOsu ilə gündəmdə like
  • 04 May 18:04  
Digərləri “Telegram”ın yaradıcısı yarıçılpaq FOTOsu ilə gündəmdə

"Vkontakte" və "Telegram"ın yaradıcısı Pavel Durov 3 il

arrow Ətraflı
Koronavirus məşhur Bakı ermənisini də öldürdü  Xalq artisti idi like
  • 04 May 18:01  
Şou-biznes Koronavirus məşhur Bakı ermənisini də öldürdü Xalq artisti idi

Rusiyanın Xalq artisti, vəhşi heyvanların təlimçisi Mixail Baqdasarov 76 y

arrow Ətraflı
Aslanın qəza səbəbi bilindi like
  • 04 May 17:58  
Digərləri Aslanın qəza səbəbi bilindi

Mərhum müğənni Aslan Hüseynovun Sevinc adlı qohumu "Bizimləsən"

arrow Ətraflı
Ermənistanda baş qərargah rəisinin müavini vəzifədən azad edilib like
  • 04 May 17:55  
Dünya Ermənistanda baş qərargah rəisinin müavini vəzifədən azad edilib

Ermənistan prezidenti Armen Sarkisyan silahlı qüvvələrin baş qərargah rə

arrow Ətraflı
Aslanın ölümü ilə bağlı daha bir açıqlama  VİDEO like
  • 04 May 17:54  
Şou-biznes Aslanın ölümü ilə bağlı daha bir açıqlama VİDEO

ARB TV-nin "Elgizlə İzlə" verilişində müğənni İbrahim Borçal

arrow Ətraflı
Manatın sabaha məzənnəsi like
  • 04 May 17:53  
Digərləri Manatın sabaha məzənnəsi

Azərbaycan Mərkəzi Bankı (AMB) mayın 5-nə olan USD/AZN rəsmi məzənnəsi

arrow Ətraflı
Koronavirusun “dərmanı”nı elan edib, istefa verdi  Ağlagəlməz vasitə like
  • 04 May 17:52  
Dünya Koronavirusun “dərmanı”nı elan edib, istefa verdi Ağlagəlməz vasitə

Cənubi Koreyanın ən böyük süd məhsulları şirkətlərindən "Namyan

arrow Ətraflı
Stalin seçkilərin qalibi oldu like
  • 04 May 17:50  
Dünya Stalin seçkilərin qalibi oldu

Hindistanda Tamilnad ştatında keçirilən seçkilərdə böyük fərqlə Mutuv

arrow Ətraflı
Qorxmaz Hüseynov “Azərsu” ASCnin sədri vəzifəsindən azad edildi like
  • 04 May 17:49  
Siyasət Qorxmaz Hüseynov “Azərsu” ASCnin sədri vəzifəsindən azad edildi

Prezident İlham Əliyev Q.C.Hüseynovun "Azərsu" Açıq Səhmdar Cə

arrow Ətraflı
"Ərlərinizi, sevgililərinizi qoymusuz ortalığa" like
  • 04 May 17:47  
Şou-biznes "Ərlərinizi, sevgililərinizi qoymusuz ortalığa"

"Birincisi çömçə deyiləm özümü ortalığa atım. Bir-birimizə hör

arrow Ətraflı
Gürcüstanda son üç gündə 785 nəfər spirtli içkidən zəhərlənib like
  • 04 May 17:44  
Dünya Gürcüstanda son üç gündə 785 nəfər spirtli içkidən zəhərlənib

Mayın 2-dən 4-dək Gürcüstanda 785 nəfər spirtli içkidən zəhərlənər

arrow Ətraflı