Koronavirusun “dərmanı”nı elan edib, istefa verdi Ağlagəlməz vasitə


Dünya 04 May 2021 17:52:06 179 0

Koronavirusun “dərmanı”nı elan edib, istefa verdi  Ağlagəlməz vasitə

Cənubi Koreyanın ən böyük süd məhsulları şirkətlərindən "Namyang"ın rəhbəri Hoq Von yoqurt barədə dediyi sözlərin səhv başa düşüldüyünü deyərək istefa verib.

Son.az metbuat.az-a istinadən xəbər verir ki, bir müddət əvvəl şirkətin yüksək vəzifəli şəxsi yoqurtun koronavirusla mübarizədə effektli olduğunu irəli sürmüşdü. Bu açıqlamalar isə bəzi dairələr tərəfindən məhsulun reklamı kimi qəbul edilib və birmənalı qarşılanmayıb.

Məsələ barədə rəsmi araşdırmaların başlamasından sonra şirkət rəhbəri bütün məsuliyyəti üzərinə götürərək istefa verdiyini elan edib.