Müğənni musiqili meyxanaları "bozbaş" adlandırdı Qalmaqal


Şou-biznes 04 May 2021 17:43:00 154 0

Müğənni musiqili meyxanaları "bozbaş" adlandırdı  Qalmaqal

"Hissə-hissəyə ayrılmışıq: muğam, estrada və qarışıq mahnı ifaçıları. Qarışıq da bayağı gedir. Hazırda gündəm onlarındır. Mən də, Brilliant Dadaşova efirə çıxmaq istəmir. yaxud da, Aygün Kazımova çıxmaq istəmir. Vaqif Gərayzadə və ya digər məktəb görmüşlər istəmirlər".

Son.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni-bəstəkar Ramal İsrafilov "MTV Azərbaycan"a açıqlamasında deyib. Sənətçi musiqili meyxana oxuyan ifaçıları tənqid edib:

"Meyxana ustası var idi, deyirdi meyxananı musiqi ilə yox, ritmlə deyin. Meyxana gəldi musiqi aranjimanına... İndi mənim etdiyim aranjimanla onlar, onların etdiyi aranjimanla mən oxuyuram. Hamısı Azərbaycan musiqisini təbliğ edir. Bilmirsən Azərbaycan musiqisi meyxanadır, yoxsa muğam. O da mənim getdiyim şairə söz yazdırır. Hər yeməyin öz qazanı var. Bozbaşı yumurta bişirən tavada edə bilməzsiz. İndikilər amma bozbaşı yumurta tavasında edirlər. Dağılır, tökülür... Nəticədə belə boşbaş olub gedir. Özbaşınalıq baş alıb gedir. Sənətkarlar danışmır. Arif Babayev, Əlibaba müəllim danışsın. Danışmadıqca onlar ortalığa çıxacaq. Hər şey göz önündədir.

İndi düşünürəm ki, ən gözəli susmaqdır. Çünki tamaşaçı elə bilər biz onları bəyənmirik. Danışacam, pis olacam. Tamaşaçı vaxt gələcək onları anlayacaq və bizim kimi sənətkarların qapısını döyəcəklər".