Ermənistan XİNin əsassız iddialar deyil, üzrxahlıq bəyanatı ilə çıxış etməsi daha doğru olardı Azərbaycan XİN


Siyasət 04 May 2021 17:17:00 52 0

Ermənistan XİNin əsassız iddialar deyil, üzrxahlıq bəyanatı ilə çıxış etməsi daha doğru olardı  Azərbaycan XİN

Bu gün Azərbaycan Ermənistanın təcavüzkar siyasətinin, törətdiyi vandallıqların ağır nəticələrini aradan qaldırır, odur ki, belə olan halda Ermənistan XİN-in əsassız iddialar deyil, üzrxahlıq bəyanatı ilə çıxış etməsi daha doğru olardı.

Xarici İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycan tərəfindən Şuşada aparılan bərpa işləri ilə bağlı bəyanatına dair şərhində deyilir.

Şərhdə bildirilir: "Azərbaycanın 30 ilə yaxın işğal altında saxlanılan ərazilərinin azad edilməsi ilə ölkəmiz bu ərazilərin bərpa və quruculuq prosesinə başlayıb.

Hazırda bu ərazilərdə nəhəng yenidənqurma işləri həyata keçirilir, o cümlədən onilliklərlə davam edən Ermənistan işğalı zamanı yerlə yeksan edilmiş tarixi, mədəni və dini irsimiz bərpa olunur.

Şuşa şəhərində həyata keçirilən geniş miqyaslı quruculuq işləri çərçivəsində məscidlər, tarixi abidələr, məqbərələr, ev-muzeyləri, eləcə də Qazançı kilsəsi bərpa edilir. Qeyd etmək istərdik ki, bu yenidənqurma işləri Şuşanın tarixi simasının bərpa edilməsi məqsədilə, məhz orijinal memarlıq üslubuna uyğun olaraq həyata keçirilir.

Eyni zamanda onu da vurğulamaq istərdik ki, Şuşadakı Qazançı kilsəsinin 200 metrliyində "İsgəndər M" raketinin qalıqlarının tapılması və yalnız xoşbəxtlikdən bu faciənin baş verməməsi onu göstərdi ki, bu ölümcül silahla Ermənistan bütün şəhəri, o cümlədən "dəyər verdiyi" kilsəni belə məhv etməyə hazırdır.

Ermənistan Xarici İşlər Nazirliyinə xatırladırıq ki, qonşu dövlətin ərazilərini onilliklər ərazində qanunsuz hərbi işğal altında saxlayan Ermənistandan fərqli olaraq, torpaqlarını azad edən Azərbaycan üçün ərazisindəki hər bir abidə, bina, daş belə dəyərlidir; onların yenidən qurulması və qorunmasına dövlət səviyyəsində əhəmiyyət verilir.

Ermənistana gəldikdə isə, bu ölkənin Azərbaycanın ərazilərində törətdiyi vəhşiliklər göz qabağındadır. Ermənistan bu ərazilərdəki mədəni və tarixi irsin xarakterini sistematik və qəsdən məhv edib və ya dəyişdirib, o cümlədən muzeylərin mülkiyyətində olan əlyazmalar və digər dəyərli eksponatlar yox edilib və yaxud onlar oğurlanaraq qara bazarlarda satışa çıxarılıb, Azərbaycanın xalçaçılıq sənətinin dəyərli nümunələri talan edilib, yüzlərlə mədəniyyət müəssisəsi, 4,6 milyon kitab fondu olan 927 kitabxana, 100 mindən artıq eksponatın toplandığı 22 muzey və muzey filialı, 4 rəsm qalereyası, 8 mədəniyyət və istirahət parkı, habelə Füzuli rayonu ərazisində dünyanın ən qədim yaşayış məskənlərindən biri - Azıx mağarası, Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu erməni vandalizminin qurbanına çevrilib.

Bütün bu vəhşiliklərə, beynəlxalq öhdəliklərin pozuntusuna səbəb olan bir ölkənin Azərbaycan tərəfindən öz ərazisində aparılan bərpa-quruculuq işləri ilə bağlı hər hansı şərh verməyə mənəvi, ya da hər hansı hüquqi əsası yoxdur.

Bu gün Azərbaycan Ermənistanın təcavüzkar siyasətinin, törətdiyi vandallıqların ağır nəticələrini aradan qaldırır, odur ki, belə olan halda Ermənistan XİN-in əsassız iddialar deyil, üzrxahlıq bəyanatı ilə çıxış etməsi daha doğru olardı".

BNA sabahkı hava şəraiti ilə bağlı xəbərdarlıq etdi like
  • 04 May 17:16  
Digərləri BNA sabahkı hava şəraiti ilə bağlı xəbərdarlıq etdi

Bakı Nəqliyyat Agentliyi (BNA) sabah baş verəcək qeyri-sabit hava şəraiti

arrow Ətraflı
Xəstəxanalıq olan Ağadadaş Ağayevdən xəbər var like
  • 04 May 17:14  
Şou-biznes Xəstəxanalıq olan Ağadadaş Ağayevdən xəbər var

Aparıcı Hacı Nuran Türkiyədə xəstəxanada müalicə alan Xalq artisti Ağ

arrow Ətraflı
“Oskar” alan film plagiatlıqda ittiham olundu like
  • 04 May 17:13  
Şou-biznes “Oskar” alan film plagiatlıqda ittiham olundu

Tanınmış rejissor və ssenarist Sintiya Kao  qısametrajlı "Two Distan

arrow Ətraflı
Qardaş ölkədən yeni super təyyarə  indi də TFX döyüş təyyarəsi gəlir like
  • 04 May 17:12  
Digərləri Qardaş ölkədən yeni super təyyarə indi də TFX döyüş təyyarəsi gəlir

Türkiyə ABŞ-ın F-35 "Joint Strike Fighter" proqramından çıxarı

arrow Ətraflı
Kafedra müdiri koronavirusdan vəfat etdi like
  • 04 May 17:10  
Digərləri Kafedra müdiri koronavirusdan vəfat etdi

Bakı Mühəndislik Universitetinin Fizika kafedrasının müdiri Baba Qasımov

arrow Ətraflı
Cinsi azlıqlardan ibarət hərbi ekipaj da yarandı  FOTO like
  • 04 May 17:09  
Digərləri Cinsi azlıqlardan ibarət hərbi ekipaj da yarandı FOTO

ABŞ Hərbi-Hava Qüvvələrinin leytenantı Trevis Ekers ölkə tarixində hər

arrow Ətraflı
Daha iki şəhidimizin yeni doğulan övladlarının xərci ödəndi  FOTO like
  • 04 May 17:08  
Digərləri Daha iki şəhidimizin yeni doğulan övladlarının xərci ödəndi FOTO

Daha iki şəhidimizin yeni doğulan övladlarının xərci ödənib.

arrow Ətraflı
Padar avtomobil yolu yenidən qurulur  FOTO like
  • 04 May 17:07  
Digərləri Padar avtomobil yolu yenidən qurulur FOTO

Şabran rayonunda Padar avtomobil yolu yenidən qurulur.

arrow Ətraflı
Su obyektlərinə qanunsuz müdaxilələr çoxalıb  ETSN like
  • 04 May 16:58  
Digərləri Su obyektlərinə qanunsuz müdaxilələr çoxalıb ETSN

Su obyektlərinə qanunsuz müdaxilələr çoxalıb.

arrow Ətraflı
Bu gün neçə nəfərə peyvənd vurulub? like
  • 04 May 16:57  
Digərləri Bu gün neçə nəfərə peyvənd vurulub?

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 19 286 vaksin vurulu

arrow Ətraflı
Rusiyada son sutkada COVID19dan 337 nəfər ölüb like
  • 04 May 16:56  
Dünya Rusiyada son sutkada COVID19dan 337 nəfər ölüb

Rusiyada son sutka ərzində daha 7770 nəfər yeni növ koronavirus (COVID-19)

arrow Ətraflı
Azərbaycanda maliyyə hesabatı verən siyasi partiyaların sayı artıb like
  • 04 May 16:54  
Siyasət Azərbaycanda maliyyə hesabatı verən siyasi partiyaların sayı artıb

Azərbaycanda 2020-ci il üzrə maliyyə hesabatı verən siyasi partiyaların s

arrow Ətraflı
Bakı şəhərində 330 milyon kubmetr çirkab su formalaşıb  Nazirlik like
  • 04 May 16:52  
Digərləri Bakı şəhərində 330 milyon kubmetr çirkab su formalaşıb Nazirlik

Bakı şəhərində 330 milyon kubmetr çirkab su formalaşıb.

arrow Ətraflı
Azərbaycanda daha bir tanınmış koronavirusdan öldü  FOTO like
  • 04 May 16:51  
Digərləri Azərbaycanda daha bir tanınmış koronavirusdan öldü FOTO

"Qaya" ansamblının gitaraçısı, pedaqoq, rəssam və şair Adil Q

arrow Ətraflı