Azərbaycanda maliyyə hesabatı verən siyasi partiyaların sayı artıb


Siyasət 04 May 2021 16:54:00 163 0

Azərbaycanda maliyyə hesabatı verən siyasi partiyaların sayı artıb

Azərbaycanda 2020-ci il üzrə maliyyə hesabatı verən siyasi partiyaların sayı artıb.

Mərkəzi Seçki Komissiyasından Son.az-a verilən məlumata görə, indiyə qədər 47 siyasi partiya maliyyə hesabatlarını təqdim edib.

Qeyd edək ki, Azərbaycanda 62 siyasi partiya dövlət qeydiyyatına alınıb. Qanunvericiliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə aprelin 1-dən gec olmayaraq MSK-ya təqdim etməli idilər.