Rusiyada son sutkada COVID19dan 337 nəfər ölüb


Dünya 04 May 2021 16:56:00 101 0

Rusiyada son sutkada COVID19dan 337 nəfər ölüb

Rusiyada son sutka ərzində daha 7770 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Son.az APA-ya istinadən bildirir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 4 839 514 nəfərə çatıb.

Son sutka ərzində 337 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 111 535 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan, Braziliya, Fransa və Türkiyədən sonra altıncı yerdə gəlir.