"Telegram"ın işində qüsurlar yaranıb


Dünya 04 May 2021 16:20:00 119 0

"Telegram"ın işində qüsurlar yaranıb

"Telegram" messencerinin işində qüsurlar yaranıb.

Son.az Trend-ə istinadən bildirir ki, qüsurlar barədə şikayət, əsasən Rusiya ərazisindən daxil olub.

Qeyd olunur ki, şikayətlərin 84 faizi messencerə daxil ola bilməmək, 15 faizi ismarıc göndərməklə bağlı olub.

Qüsurlarla bağlı "Telegram" rəhbərliyi hər hansı açıqlama verməyib.

Son.az