Koronavirusun müalicəsində istifadə olunan dərmanlar ürəyə mənfi təsir edə bilər


Digərləri 04 May 2021 13:56:00 141 0

Koronavirusun müalicəsində istifadə olunan dərmanlar ürəyə mənfi təsir edə bilər

COVID-19 müalicəsində istifadə olunan dərmanlar ürəyə mənfi təsir edə bilər.

Son.az Trend-ə istinadən bildirir ki, Səhiyyə Nazirliyinin baş kardioloqu Yusif Nağıyev deyib.

O bildirib ki, COVID-19 üçün istifadə olunan bir sıra dərmanların kardiotoksik təsiri var: "COVID-19 olan xəstələrdə dərman müalicəsinin proaritmogen təsiri səbəbindən aritmiyaların inkişaf edə biləcəyi barədə məlumatlar əldə olunub. Belə ki, xəstənin EKQ-də QT intervalın uzanması səbəbindən "piruet" tipli ölümcül mədəcik taxikardiyasının ortaya çıxma riskinin artması haqqında. Aspirin, klopidogrel, varfarin, kleksan kimi qan durulducularını qəbul edərkən daxili qanaxmanın qarşısını almaq üçün onların, virus əleyhinə dərmanlarla qarşılıqlı təsiri nəzərə alınmalıdır.

Bu gün ürək-damar sisteminə təsir edən dərmanları qəbul edən xəstələrdə koronavirus infeksiyasının ağır gedişli riski haqqında məlumat yoxdur. İndiki mərhələdə beynəlxalq tibbi cəmiyyətlərin mövqeyi birmənalıdır: COVID-19-a yoluxan xəstələrdə ACE inhibitorlarının və ya ARB-lərin istifadəsinin ləğvi, xüsusilə hipertoniya, XÜÇ və ya əvvəlki Mİ olan xəstələrdə ürək-damar ağırlaşmaları riskini artıra bilər. Bundan əlavə olaraq, arterial təzyiqinə daha yaxşı nəzarət edən RAAS inhibitorlarının hipertenziv şəxslərdə immun sisteminin balanssızlığı qismən məhdudlaşmasına kömək edə bilər. Bu səbəbdən, mütəxəssislərin çoxu, ÜDX müalicəsi üçün bir çox dərman preparatların faydalı təsir göstərə biləcəyini, ürək xəstəliyinin pisləşməsinin və COVID-19 infeksiyasından ciddi ağciyər zədələnməsinin riskini azaltdığını göstərir. Buna görə antihipertenziv dərmanların qəbulu tam şəkildə davam etdirilməlidir".