Həkimdən xəbərdarlıq: Hindistan ştammında peyvəndlərin qoruyuculuğu zəifləyir


Digərləri 04 May 2021 13:32:00 134 0

Həkimdən xəbərdarlıq: Hindistan ştammında peyvəndlərin qoruyuculuğu zəifləyir

Koronavirusa qarşı peyvəndlərin qoruyuculuğunda Hindistan ştammına qarşı zəifləmə müşahidə olunur. Lakin bu o demək deyil ki, peyvəndlər effektiv deyil.

Son.az xəbər verir ki, bunu ARB24-ün "Nə baş verir?" verilişinə açıqlamasında həkim Emil Qasımov deyib. 

"Hindistan ştammının öldürücülüyü barədə hələlik elmi məlumat yoxdur. Sadəcə onun daha yoluxucu olduğu deyilir. Bu ştamm hələ də araşdırılır. Onun 4-cü dalğa yaradıb-yaratmayacağını isə zaman göstərəcək. Əgər bu ştamm yayılarsa, yoluxmada ciddi say artımı müşahidə edilə bilər. Çünki Hindistan ştammında bütün ştamlara qarşı əlimizdə olan peyvəndlərin qoruculuğu zəifləyir", - o bildirib.

Həmçinin E. Qasımov qeyd edib ki, ötən gündən ölkəmizdə tətbiq edilən "AstraZeneca"nın viruslara qarşı qoruyuculuğu digər peyvəndlərlə müqayisədə kifayət qədərdir.

Son.az