Gürcüstanda koronavirusa yoluxanların sayı 313 mini keçib


Dünya 04 May 2021 12:44:00 129 0

Gürcüstanda koronavirusa yoluxanların sayı 313 mini keçib

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 788 yoluxma halı qeydə alınıb, 20 nəfər ölüb.

Son.az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 313 742, ölənlərin sayı isə 4 183 nəfərə çatıb. Virusa yoluxanlardan 295 458 nəfərin sağaldığı bildirilir.

Son.az