Bu il dəmir yolları ilə 500 minə yaxın sərnişin daşınıb


Digərləri 04 May 2021 12:34:00 116 0

Bu il dəmir yolları ilə 500 minə yaxın sərnişin daşınıb

Cari ilin birinci rübündə "Azərbaycan Dəmir Yolları" QSC ilə 476 min 232 sərnişin daşınıb.

Bu barədə Son.az-a QSC-dən bildiriblər. Qeyd olunub ki, daşınan sərnişinlərdən 438 min 965 nəfəri və yaxud 92%-i şəhərətrafı qatarların payına düşüb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 43,3% azdır.

Pandemiya səbəbindən beynəxalq sərnişin daşıma fəaliyyət göstərməyib. Abşeron yarımadasından kənar daxili sərnişin daşımaları isə 81, 6% azalaraq 37 min 267 nəfər təşkil edib.

2021-ci ilin birinci rübündə 3 min 769,6 ton yük daşınıb. Onlardan 1 901,6 ton yük, beynəlxalq daşımalara (idxal - ixrac) aiddir.