Murov qədər uca şəhadət yolu


Digərləri 04 May 2021 12:29:00 121 0

Murov qədər uca şəhadət yolu

Şəhid Hüseyn Əsgərovun ailəsi REAL-a danışır

Oğul Vətənindir - Vətən də bizimdir! deyir şəhid anası Rasimə Əsgərova. Oğlu Hüseyn Əsgərovun şəhadət yolundan qürurla danışır.

Son.az Real TV-ə istinadən bildirir ki, 44 günlük müharibədə vətən torpağını qanı bahasına işğaldan azad edən Hüseyn Əsgərovdan 1995-ci il 3 iyun tarixində Gədəbəy rayon Qosabulaq kəndində doğulub. 2001-2012-ci illərdə həmin kənddə orta təhsil alıb.

2013-cü ildə hərbi xidmətə yollanan Hüseyn 2015-ci ilə qədər xidmət edib. Hərbi Xidməti zamanı dəfələrlə fəxri-fərman və təşəkkürnamələrə layiq görülüb.

2017-ci ildə isə müddətdən artıq hərbi xidmətə yollanıb və kəsfiyyatçı kimi xidmətini davam etdirib.

Hüseyn Əsgərov Müharibə başlayan zamandan Murovdağ ətrafı döyüşlərdə qəhrəmanlıqlar göstərib və elə həmin bölgədə də şəhadətə yüksəlib.