Dünən şəhid Elvin Novruzovun doğum günü idi


Digərləri 04 May 2021 12:09:00 104 0

Dünən şəhid Elvin Novruzovun doğum günü idi

Döyüş yoldaşları arasında öz qəhrəmanlğı ilə seçilən, manqa komandiri, şəhid Elvin Novruzovun ötən gün doğum günü idi.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, şəhidimiz uşaqlıqdan düşmənə nifrət hissi ilə böyüyüb.

Babası Vahid Allahverdiyev deyir ki, onu hərbi xidmətə özü yola salıb. Müharibə başlayanda Elvin belə deyib: "Baba, qisas vaxtı yetişdi".

O, hər telefon zəngində evlərinə qələbə xəbəri çatdırırdı. Qubadlı uğrunda gedən döyüşlərdə isə qəhrəmanlıqla şəhidlik zirvəsinə ucalıb.

Bu gün şəhidimizin adına Sumqayıt şəhər 18-ci mikrorayonda bulaq inşa olunub.

Qeyd edək ki, 20 yaşlı Şəhid Elvin Novruzov Sumqayıt şəhər Şəhidlər xiyabanında dəfn olunub.