Heydər Əliyev Fondunun vitseprezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada iftar süfrəsi açılıb FOTO


Siyasət 04 May 2021 11:05:00 58 0

Heydər Əliyev Fondunun vitseprezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada iftar süfrəsi açılıb  FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü, Moskva Müsəlmanları Dini İdarəsinin təşkilatçılığı, Rusiya Müsəlmanları Dini İdarəsi və Moskva hökumətinin dəstəyi ilə "Poklannaya qora"da qurulmuş "Ramazan çadırı"nda Azərbaycan Günü təşkil edilib və iftar süfrəsi açılıb.

Son.az Trend-ə istinadən bildirir ki, gecədə ictimai xadimlər, Azərbaycan diasporunun nümayəndələri, müxtəlif millətlərdən olan 1000-ə yaxın müsəlman iştirak edib.

Tədbirdə çıxış edən Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Zaur Paşayev, Moskva müsəlmanları məktəbinin direktoru Ənas Həzrət Məmmədov iftarın təşkilinə görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya, eləcə də "Ramazan çadırı"nın təşkilatçılarına təşəkkürlərini bildiriblər.

"Ramazan çadırı"nın təşkilatçıları dini-mənəvi dəyərlərə verdiyi yüksək qiymətə görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanı təşəkkür məktubu ilə təltif ediblər.

Tədbirdə Azərbaycanda multikulturalizm ənənələrindən bəhs edən film nümayiş etdirilib, Moskva müsəlmanları məktəbi şagirdlərinin ifasında dini şeirlər, dini mahnılar ifa olunub, "AMOR" və "İRS-Naslediye" jurnalları paylanıb.

İftardan əvvəl Müqəddəs "Qurani-Kərim"dən ayələr və axşam duası oxunub. Sonra müsəlmanlar iftarlarını açıb, Azərbaycan milli mətbəxinin təamlarından və şirniyyatlarından dadıblar.

Qeyd edək ki, Rusiya Müftilər Şurasının mühüm layihəsi olan "Ramazan çadırı" xalqlar arasında dostluğu möhkəmlətmək, Moskvada yaşayan və islam dininə etiqad bəsləyən çoxsaylı xalqların nümayəndələrini birləşdirmək məqsədilə həyata keçirilir.

Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyi hər il bu layihədə fəal iştirak edir, dindarlar üçün iftar süfrəsi açır.

Son.az 

Qarabağ müharibəsində İran elə bir yara aldı ki... like
  • 04 May 11:04  
Digərləri Qarabağ müharibəsində İran elə bir yara aldı ki...

Türkiyənin nüfuzlu qəzetlərindən hesab edilən "Yeni şafak" qə

arrow Ətraflı
Cennifer Lopezdən vaksinasiyaya dəstək konserti like
  • 04 May 10:59  
Şou-biznes Cennifer Lopezdən vaksinasiyaya dəstək konserti

Populyar amerikalı müğənni Cennifer Lopez koronavirusa qarşı vaksinasiya p

arrow Ətraflı
Mətanət İsgəndərli ilə BAĞLI ÜZÜCÜ XƏBƏR: like
  • 04 May 10:55  
Digərləri Mətanət İsgəndərli ilə BAĞLI ÜZÜCÜ XƏBƏR:

Xəbər verdiyimiz kimi, Əməkdar artist Mətanət İsgəndərli koronovirus in

arrow Ətraflı
Ailə başçısını itirməyə görə pensiya və müavinət alanların sayı açıqlanıb like
  • 04 May 10:54  
Digərləri Ailə başçısını itirməyə görə pensiya və müavinət alanların sayı açıqlanıb

Azərbaycanda ailə başçısını itirməyə görə pensiya və müavinət alan

arrow Ətraflı
Fransa Misirə 30 qırıcı verir like
  • 04 May 10:49  
Dünya Fransa Misirə 30 qırıcı verir

Misir Fransadan 30 ədəd "Rafale" qırıcısı alacaq.

arrow Ətraflı
Seren Serengilin son halı pərəstişkarlarını şoka saldı like
  • 04 May 10:44  
Şou-biznes Seren Serengilin son halı pərəstişkarlarını şoka saldı

Bir müddətdir "Dempinq sindromu"ndan əziyyət çəkən türkiyəli

arrow Ətraflı
Lənkəranda qadın doğuşdan sonra ölüb like
  • 04 May 10:41  
Digərləri Lənkəranda qadın doğuşdan sonra ölüb

Lənkəranda doğuşdan sonra ananın ölümü ilə bağlı araşdırmalara baş

arrow Ətraflı
Keçmiş icra başçısı oğlunun şəhid olduğu yerə getdi like
  • 04 May 10:39  
Digərləri Keçmiş icra başçısı oğlunun şəhid olduğu yerə getdi

Vətən Müharibəsi şəhidi Səid Rəşidzadənin atası Nofəl Qasımov oğlu

arrow Ətraflı
Azərbaycanda boşanmış ərarvad feysbukda saxta profillərlə like
  • 04 May 10:37  
Digərləri Azərbaycanda boşanmış ərarvad feysbukda saxta profillərlə

Feysbuk sosial şəbəkəsindəki "Huquqşünaslar" qrupunda maraqlı

arrow Ətraflı
Kanada polisindən DƏHŞƏTLİ ƏMƏL: like
  • 04 May 10:34  
Dünya Kanada polisindən DƏHŞƏTLİ ƏMƏL:

Kanada polisi insanlığa yaraşmayan üsula əl atıb.

arrow Ətraflı
Meksikada FACİƏ: like
  • 04 May 10:29  
Dünya Meksikada FACİƏ:

Meksikanın paytaxtı Mexiko şəhərində qatar keçdiyi zaman metro körpüsü

arrow Ətraflı
Biabırçı hadisə Rəqsanənin restoranında olub like
  • 04 May 10:24  
Şou-biznes Biabırçı hadisə Rəqsanənin restoranında olub

"Həmin biabırçı hadisə Rəqsanə İsmayılovanın öz restoranında ol

arrow Ətraflı
Şəhidimiz Naxçıvanda belə qarşılandı like
  • 04 May 10:19  
Digərləri Şəhidimiz Naxçıvanda belə qarşılandı

8 ay sonra nəşi tapılan qəhrəman şəhidimizin nəşi Naxçıvan Beynəlxal

arrow Ətraflı
Sumqayıtda hoteldə arvadını öldürən şəxsin like
  • 04 May 10:14  
Digərləri Sumqayıtda hoteldə arvadını öldürən şəxsin

Sumqayıt şəhərində hoteldə həyat yoldaşını qətlə yetirməkdə təqsi

arrow Ətraflı
Məşhur boksçu hamilə sevgilisini öldürdü like
  • 04 May 10:09  
Digərləri Məşhur boksçu hamilə sevgilisini öldürdü

Məşhur Puerto-Riko boksçusu Feliks Verdejo hamilə sevgilisi Keyşli Rodriqez

arrow Ətraflı