Zaqatalada yeni doğulan körpə vəfat edib


Digərləri 04 May 2021 11:09:00 131 0

Zaqatalada yeni doğulan körpə vəfat edib

Zaqatalada yeni doğulan körpə iki gün sonra dünyasını dəyişib.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, rayonun Qımır kənd sakini, 33 yaşlı Rəvanə Xəlilova üçüncü uşaq dünyaya gətirmək üçün aprelin 30-da Zaqatala Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə daxil olub.

Bir gün sonra, mayın 1-də təbii yolla oğlan uşağı dünyaya gəlib. Doğuşdan sonra həkimlər uşağın vəziyyəti ilə əlaqədar Şəki Regional Perinatal Mərkəzinə köçürülməsinə qərar verib. Körpə mayın 2-si axşam saatlarında Mərkəzdə dünyasını dəyişib. Valideyinlər övladının ölümündə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinin həkimi Sədaqət Şəfiyevanı günahlandırır. Valideynlərin iddiasına görə, həkim doğuş zamanı körpənin başını zədələyib.

Zaqatala Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinin müdiri Rəna Sultanovadan aldığımız məlumata görə, ana daxil olarkən  40 həftəlik hamiləlik, döl yanı mayenin erkən getməsi diaqnozu ilə qəbul olunub. Yeni doğulmuş  körpənin vəziyyəti ilə əlaqədar Şəki Regional Perinatal Mərkəzinə göndərilib.

Ailə aidiyyəti orqanlara şikayət edib. Onlar uşağın ölümündə günahı olanların cəzalandırılmasını istəyir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: