Keçmiş icra başçısı oğlunun şəhid olduğu yerə getdi


Digərləri 04 May 2021 10:39:00 134 0

Keçmiş icra başçısı oğlunun şəhid olduğu yerə getdi

Vətən Müharibəsi şəhidi Səid Rəşidzadənin atası Nofəl Qasımov oğlunun şəhid olduğu Hadruta gedib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, 3 gün öncə doğum günü olan N.Qasımov özəl gününü övladının şəhid olduğu məkana səfər etməklə keçirib.

Füzuli rayonunun keçmiş icra başçısı olan Nofəl Qasımov oğlu Səid Rəşidzadənin uşaqlıq və məzar daşı fotolarını paylaşaraq bu qeydi yazıb: "Məni təbrik edənlərin hamısına minnətdaram, getmişdim oğlum Səidin şəhid olduğu Şişqayaya, Səidin sancdığı bayrağı dəyişməyə, yəni Hadruta.

Getdim və gəldim! Mən ömürümdə heç kimə həsəd aparmamışam, ancaq Şişqayaya qalxanda, oğlum Səidə həsəd apardım. İlahi bunlar bura necə çıxıblar?"