Məşhur boksçu hamilə sevgilisini öldürdü


Digərləri 04 May 2021 10:09:00 144 0

Məşhur boksçu hamilə sevgilisini öldürdü

Məşhur Puerto-Riko boksçusu Feliks Verdejo hamilə sevgilisi Keyşli Rodriqezin qətlində şübhəli bilinərək həbs olunub.

Son.az sherq.az-a istinadən xəbər verir ki, boksçunun özü cinayəti etiraf edib.

Keyşli Rodriqez ötən cümə axşamı itkin düşüb. İki gün sonra onun cəsədi adanın San Juan əyalətinin paytaxtının yaxınlığında tapılıb. Bazar günü boksçu Feliks Verdejo polis tərəfindən nəzarətə alınıb, bundan sonra o hamiləliyin ikinci ayında olan sevgilisini öldürdüyünü etiraf edib.

Feliks Verdejo Londonda keçirilən Olimpiya oyunlarında dörddəbir finalda ukraynalı Vasili Lomaçenkoya məğlub olub. Peşəkar rinqdə Verdejo 29 döyüşdə 27 qələbə qazanıb.