Bayden Bakı qarşısındakı son maneəni də


Siyasət 04 May 2021 09:43:00 120 0

Bayden Bakı qarşısındakı son maneəni də

ABŞ-ın Azərbaycana birbaşa maliyyə, iqtisadi, hərbi, texniki və s. yardımlar göstərməsini əngəllənyən problem həllini tapıb.

Son.az bildirir ki, Birləşmiş Ştatların prezidenti Cozef Bayden "Azadlığa Dəstək" Aktına edilmiş 907-ci düzəlişin fəaliyyətinin dayandırılması barədə sərəncam imzalayıb.

Bu isə Vaşinqtonun Bakıya yardımlar ünvanlamasında son maneənin də aradan qalxması deməkdir.

Xatırladaq ki, 907-ci düzəliş 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən "Azadlığa Dəstək" Aktına qəbul edilən və Azərbaycana Amerikanın birbaşa dövlət yardımını yasaqlayan düzəlişdir.

Düzəliş ilk dəfə 1992-ci ildə Azərbaycan tərəfindən Dağlıq Qarabağın "işğalı" və Ermənistana qarşı blokadasını dayandırmaq məqsədilə Senator Con Makkeyn tərəfindən təklif edilmişdi, ancaq daha sonra naməlum səbəblərə görə qeri qaytarılmışdı. Bundan sonra, yenidən, senator Con Kerrinin və erməni lobbi təşkilatlarının dəstəyi ilə Konqressmen Ueyn Ouens (Yuta ştatı) tərəfindən Konqresdə irəli sürülmüşdü. Senator Riçard Luqar (İndiana ştatı) düzəlişin qəbul edilməsinin əleyhinə çıxış etmişdi. Buna baxmayaraq, düzəliş, erməni lobbi təşkilatlarının güclü təzyiqi nəticəsində Konqres tərəfindən qəbul edilmişdi.

ABŞ vitse-prezidenti Cozef Bayden düzəlişin qəbulunda fəal rol oynamış və dəfələrlə onun ləğv edilməsinə qarşı çıxış etmişdi.

2001-ci il 11 sentyabr hadisələrindən sonra Azərbaycanın beynəlxalq terrorizmlə mübarizədə dəstəyini təmin etmək məqsədilə ABŞ Konqresi Prezidentə düzəlişin hüquqi qüvvəsini dayandırmaq səlahiyyəti vermişdi.