Sumqayıtda intihara cəhdin qarşısı alınıb


Digərləri 04 May 2021 09:14:00 139 0

Sumqayıtda intihara cəhdin qarşısı alınıb

Sumqayıt şəhərində 1 nəfər beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsinin eyvanına çıxaraq intihar etmək istəyib.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, nazirliyin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.