Fransada “Müqəddəs Peter və Paul” kilsəsində yanğın olub FOTO


Dünya 04 May 2021 08:38:00 151 0

Fransada “Müqəddəs Peter və Paul” kilsəsində yanğın olub  FOTO

Fransanın Lill şəhərində "Müqəddəs Peter və Paul" kilsəsində yanğın baş verib.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər naziri Gerald Darmanen "Twitter" səhifəsində yazıb.

Nazir qeyd edib ki, yanğının səbəbini müəyyənləşdirmək üçün istintaq başlanacaq.

Yerli mətbuatda dərc olunan xəbərə görə, Lillin Vazem rayonunda qeydə alınan yanğın yanğısöndürənlər tərəfindən bir neçə saat ərzində söndürülüb.