Bill Qeyts boşanır FOTO


Dünya 04 May 2021 07:05:00 125 0

Bill Qeyts boşanır  FOTO

"Microsoft"un qurucusu Bill Qeyts və arvadı Melinda Qeyts boşanmaq qərarına gəliblər.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Bill Qeyts tvitter hesabında paylaşım edib.

Cütlüyün adından yayımlanan postda "evliliyi bitirmə qərarı" aldıqları bildirilib.

27 ildir evli olan cütlüyün üç övladı var. Cütlüyün "Bill&Melinda Gates" Fondu 45 milyard dollar dəyərə malikdir.