Günün qoroskopu: çoxdan bəri başa vurmaq istədiyiniz işi bitirmək, məqsədə nail olmaq şansları var


Digərləri 04 May 2021 00:01:00 187 0

Günün qoroskopu: çoxdan bəri başa vurmaq istədiyiniz işi bitirmək, məqsədə nail olmaq şansları var

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - yaxınlarınızla münasibətlərdə qayğıkeş, həssas olun. Sərt və aqressiv davranmayın. Dəyər verdiyiniz insanlarla ünsiyyət üçün əlverişli gündür. Gündəlik yaşamınızda önəmli dəyişikliklər baş verə bilər. Mənəvi və emosional baxımdan yeniliklərə hazırlaşın. Qohumların qəfil, planlaşdırılmamış vizitləri ola bilər.

Qonaqlardan birinin bir qədər çox qalması istisna deyil.  

Günün ikinci yarısında indiyədək bilmədiyiniz, agah olmadığınız bacarığınız aşkarlana bilər. Qısa səfərlər üçün əlverişli zamandır. Uzunmüddətli səyahətə çıxmayın.

Buğa - çətinliklərdən xali olmayan gündür. Fəqət, problemlərin heç biri sizi ciddi şəkildə narahat, nigaran və ya pərişan etməyəcək. Hansısa işlər gözlədiyiniz kimi getmir? Əndiləşənməyin. Situasiyanın planlarınıza uyğun vəziyyətə düşəcəyi anı gözləyin. Nüfuzlu tanışlardan birindən yardım və dəstək ala bilərsiniz.

Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlardan biri sizə üz tutacaq. Ona kömək edin, dərdindən hali olun.

Axşam saatlarında ailəvi istirahətə üstünlük verin.

Əkizlər - qarışıq, mürəkkəb, tələskənlik və vurnuxmanın olduğu gündür. Neqativ emosiyalarınıza hakim olun, əhvalınızı pozmayın. Mövqelərinizdən geri çəkilməyin, hirs və qəzəbin əsirinə çevrilməyin. Sinirli gözlənti böyükdür. Belədə əhvalınızda problemlər yarana bilər.

Gərəksiz stresslərdən qorunun.

Günün ikinci yarısında adət etdiyiniz yaşam ritmini pozmayın, ənənələrə xilaf çıxmayın. Sizi birmənalı olmayan situasiyalar gözləyir. Belə problemlər məngənəsindən itkisiz çıxmaq istəyirsinizsə çevik, hiyləgər, fəndgir olun.

Xərçəng - çox nəsnələr ilk baxışdan görünəndən daha asan və sadədir. Dürüst qərarlar üzdə olduğundan çox baş sındırmağa dəyməz. Başqalarının təcrübəsindən yararlanmaqdan çəkinməyin. Bu minvalla səhvlərə yol vermək riskini azaldarsınız. Yaranan problemlər ciddi deyil və çətinliklərin öhdəsindən gələcəksiniz.

Yaxşı sonuc əldə etməyi düşünmədiyiniz işlə bağlı günün ikinci yarısında irəliləyiş ola bilər. Şərait uğurludur, əhəmiyyətli gəlir şansı var. Uzaqdan xoş xəbər ala bilərsiniz.

Qohumlardan birinin qəfil gəlişi istisna deyil.

Şir - imkanlarınızı dürüst dəyərləndirsəniz, naqolay vəziyyətə düşməyəcəksiniz. İlk əvvəl intuisiyanıza və hisslərinizə, yalnız bundan sonra yaxın ətrafınızdakı insanların dediklərinə güvənin. Kənardan absurd görünən addımlar atmaqdan çəkinməyin. Çünki yalnız sizi nəyi və niyə etdiyinizi bilirsiniz.

Günün ikinci yarısında yaxşı gəlir əldə edə bilərsiniz. Alış-veriş üçün münasib zamandır.

Qız - düşünülməmiş qərarlar verməyin, tələsik iş görməyin. Yaxın ətrafınızdakı insanlar sizinlə razılaşmayacaqlar. Onlar fikirlərinizin məcrasını və niyyətlərinizi anlamırlar. Nə istədiyinizi anladın. Dəstə və ya yardım almaq şansları var. Sevdiyiniz insanları iradlar və tələblərlə yormayın. Bir qədər güzəştə gedin.

Günün ikinci yarısı bilik və bacarıqların artırılması, təhsil səviyyəsinin yüksəldilməsi üçün əlverişlidir. Səfər və ya səyahət sizi yormayacaq. Sükan arxasında çox vaxt keçirməyin.

Tərəzi - ailəvi işlərin və evlə bağlı problemlərin həlli üçün əlverişli zamandır. Yaşam arealınızı qaydaya salın. Mebel, məişət texnikası, interyer predmetləri almaq olar. Qonaqlar gələcək. Səxavətli və qonaqpərvər ev sahibi olun.