Nevroz və depressiyadan qurtulmaq istəyirsiz? Mədənizi müalicə edin


Digərləri 03 May 2021 23:39:00 216 0

Nevroz və depressiyadan qurtulmaq istəyirsiz?  Mədənizi müalicə edin

İnsanda depressiya, təşviş, nevroz onun mədə-bağırsaq problemlərindən qaynaqlana bilər.

Son.az xəbər verir ki, endokrinoloq Yekaterina Qriqoryeva emosional hisslərin bağırsaq mikroflorası və mikrobiotdan birbaşa asılı olduğunu bildirib.

Mədə-bağırsağında iltihab, xora və bakteriya olan insanda mikroelement və vitamin defisiti olur, bu da depressiya, emosional gərginlik yaradır.

İnsanı xoşbəxt və rahat edən hormonlar: dofamin, serotonin, endorfinlər, oksitocindir.

"Pis əhvalı olan, yorğun, aqressiv insanda neyromediator, hormonal defisit var. Müasir insan gündəlik normadan artıq stress dozası alır, yaxşı yatmır, stimulyatorlar yeyib içir, qidalanması zəifdir. Daha çox karbohidratlar yeyir.