Bioloq ən qəddar və "qəzəbli" mutasiyadan danışdı Nələr ola bilər?


Digərləri 03 May 2021 21:00:00 171 0

Bioloq ən qəddar və "qəzəbli" mutasiyadan danışdı  Nələr ola bilər?

Hazırda ən qorxulu və qəzəbli koronavirus növü Hindistan ştammıdır, o, ikili mutant kimi məşhurdur. Bu ştamm özündə 5-6 mutasiya birləşdirir.

Son.az xəbər verir ki, bioloqlar Corc Meyson və Anna Baranova bu mutasiyanın əslində ilk dəfə 2020-ci ilin oktyabrında təsbit edildiyini açıqlayıb. Sadəcə ona o zaman ciddi önəm verilməyib.

"Hind koronavirusunun içində 2 yox, birdən-birə 6 mutasiya var, onların hər biri xüsusi qəzəblidir. Ona ikili, ikiqat mutasiya deyilir. Bu mutasiya necə yaranır? Bunun 2 yolu var: birinci - əvvəlcə eyni bölgədə bir mutasiya, sonra ikincisi yaranır və onlar çox asta templə, müəyyən müddətə birləşir.

İkinci, sürətli yol isə bur hüceyrəyə eyni vaxtda iki virus düşür, onlar bir-birlərinə genetik materialı ötürür, bu zaman ikili mutasiyalı hibrid variant yaranır. Bu ştamm hələ 2020-ci ildə aşkarlanmışdı, amma ondan ehtiyat etmədilər. Düşünülmədi ki, o qısa müddətdə bütün Hindistanı cənginə alıb, ölkədən kənara da yayılacaq".