ABŞda bu günədək əhaliyə 245 milyon vaksin dozası vurulub


Dünya 03 May 2021 20:55:00 130 0

ABŞda bu günədək əhaliyə 245 milyon vaksin dozası vurulub

Mayın 2-nə olan məlumata əsasən, ABŞ-da koronavirus əleyhinə vaksinasiya kampaniyası prosesində əhaliyə 245 milyon 591 mindən çox vaksin dozası vurulub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, ABŞ-ın xəstəliklərə nəzarət və onların profilaktikası üzrə mərkəzlərinin (CDC) məlumatına görə, bu müddət ərzində 104 milyon 774 mindən çox amerikalı tam vaksinasiya olunub, 147 milyon 47 mindən çox insan isə azı bir peyvənd dozası vurdurub.

Hesablamada "Moderna" və "Pfizer" kompaniyalarının iki dozalı peyvəndləri, həmçinin "Johnson & Johnson" kompaniyalarının bir dozalı peyvəndi nəzərə alınıb.

Qeyd edək ki, 2020-ci il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirus infeksiyasının yayılmasını pandemiya elan edib. Pandemiyanın statistikasını aparan Worldometer saytının məlumatına əsasən, mayın 2-də ABŞ-da koronavirusa yoluxanların sayı 30 min 701 nəfər artaraq 33 milyon 180 min 441 min nəfərə, infeksiya səbəbindən ölənlərin sayı isə 312 nəfər artaraq 591 min 62 nəfərə çatıb. Eyni zamanda 25 milyon 823 min nəfər COVID-19 infeksiyasından sağalıb, 6 milyon 765 min nəfərin müalicəsi isə davam edir.