Ermənistandakı siyasi uçurum elə bir həddə qədər irəliləyib ki...


Siyasət 03 May 2021 20:40:00 60 0

Ermənistandakı siyasi uçurum elə bir həddə qədər irəliləyib ki...

Ermənistandakı siyasi uçurum elə bir həddə qədər irəliləyib ki, artıq məlum fiasko iqtisadiyyata da açıq-aşkar şəkildə sirayət etməkdədir, ölkə çalxalanır.

Son.az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Elşən Musayev deyib.

Deputat bildirib ki, vəziyyət son dərəcə gərgindir: "Ağız deyəni qulaq eşitmir. Bir az imkanı, pulu olan Ermənistanı tərk edir. Hamı qaçır. Ya da qaçmağa macal, fürsət gəzir. Təsəvvür edin ki, Ermənistanın Şirak rayonunun kişi əhalisinin 75 faizi hazırda Rusiyadadır. Qalan bölgələrdəki durum da təxminən bu rəqəmə yaxındır. Bilirsinizmi niyə? Çünki əhali anlayır ki, Ermənistanın gələcəyi yoxdur. Onu, idarəçiləri bərbad günə qoydular və qoymağa davam edirlər. Nağıllar söyləyə-söyləyə, əfsanələr danışa-danışa, davamlı yanlışlar edə-edə. Yaxşı bəs bu proseslərin sonu necə olacaq?

Şəxsən mənim qənaətimcə bu, artıq elə sondur. Bundan o tərəfi yoxdur. Hətta deyərdim ki, Ermənistan hazırda ümumiyyətlə dövlət kimi yox olmaq təhlükəsi ilə üzbəüzdür. Onsuz da hər zaman kiminsə yedəyi kimi gəzib-dolanıblar və bir azdan bu yedəklik rəsmiləşəcək".

E.Musayev bildirib ki, Ermənistan bu qədər rabitəsiz, dağıdıcı, terrorist siyasətlə əsla və əsla tam ola bilməz, qala bilməz, davam edə bilməz: "Çünki nə vətəndaş rəhbəri eşidir, nə də rəhbər vətəndaşı. Çünki oğrudurlar, terroristdirlər, saxtakardırlar. Çünki aşağı-yuxarı hamısı eyni ağıldadır, hamısının beyni yuyulub, hamısı öz gələcəyini illüziyalar üzərində qurub. Ona görə də məlum vəziyyətə gəliblər. Ona görə sürünürlər. Ona görə çabalayırlar. Qaça bilən qaçıb canını qurtarır, qalan məhv olur. Hərçənd, bu rəzil durumu haqq ediblər. Hər yerdə, hər addımda uduzmağı haqq etdikləri kimi, fiaskonu, bədbad günə qalmağı, sürünməyi də haqq ediblər".

Azərbaycanda COVID19a qarşı peyvənd olunanların SAYI açıqlanıb like
  • 03 May 20:00  
Digərləri Azərbaycanda COVID19a qarşı peyvənd olunanların SAYI açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 119 vaksin vurulub.

arrow Ətraflı
Azərbaycanda son sutkada COVID19a yoluxanların sayı AÇIQLANDI like
  • 03 May 19:55  
Digərləri Azərbaycanda son sutkada COVID19a yoluxanların sayı AÇIQLANDI

Azərbaycanda bu gün koronavirus infeksiyasına 418 yeni yoluxma faktı qeydə

arrow Ətraflı
Asan və ləzzətli plov resepti like
  • 03 May 19:30  
Digərləri Asan və ləzzətli plov resepti

Son.az "Ağababa Ağababa" youtube kanalına istinadən oxucularına n

arrow Ətraflı
Sevgilisinin xəyanətini bağışlayan aktyor qınandı  FOTO like
  • 03 May 19:28  
Şou-biznes Sevgilisinin xəyanətini bağışlayan aktyor qınandı FOTO

Can Yaman italiyalı sevgilisi Diletta Leottanın amerikalı biznesmen Rayan Fri

arrow Ətraflı