Koronavirusun 100dən çox mutasiyasını aşkar edən test sistemi hazırlanıb


Digərləri 03 May 2021 20:20:00 136 0

Koronavirusun 100dən çox mutasiyasını aşkar edən test sistemi hazırlanıb

Tokio Universitetinin alimlər qrupu koronavirusun 100-dən çox mutasiyasını aşkar etməyə imkan verən xüsusi test sistemi hazırlayıblar.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu test sistemi "pi-kod üsulu" adlanan yeni texnologiyanın bazasında yaradılıb. Bildirilir ki, bu üsulla koronavirusun mövcudluğunu aşkar etmək üçün 0,04 millimetrlik disklərdən istifadə edilir. Bu diskin üzərində ştrix koda bənzəyən xüsusi təsvirlər yerləşdirilib.

Mütəxəssislərin bildirdiyinə görə, bu fraqmentlərin hər biri mutasiyanın genlərindən asılı olaraq reaksiya zamanı fərqli rəngdə şüalar buraxır. Bundan sonra əldə edilən nəticə xəstənin analizi ilə müqayisə olunur. Bildirilir ki, bu metod gələcəkdə koronavirusun yeni ştammlarını daha sürətlə aşkar etməyə şərait yaradacaq.