Media azadlığı ictimai nəzarətin ən səmərəli mexanizmidir Aydın Quliyev


Siyasət 03 May 2021 19:19:00 62 0

Media azadlığı ictimai nəzarətin ən səmərəli mexanizmidir  Aydın Quliyev

Media azadlığı ictimai nəzarətin ən səmərəli mexanizmi olduğu üçün hərtərəfli inkişaf proseslərində maraqlı olan ölkələr buna daimi prioritetlərdən biri kimi baxır.

Son.az bildirir ki, bunu Trend-ə  açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib. O bildirib ki, media institutunun təkmilləşdirilməsi Azərbaycan dövlətçiliyinin də mühüm elementlərindən birinə çevrilib: "1993-cü ildən başlayaraq bu günə kimi tək-tək illər ola bilər ki, medianın qanunvericilik və ya praktik mənalarda təkmilləşdirilməsi naminə hansısa yenilik edilməsin. Azərbaycanda media institutu daimi yenilənmə və dəyişmə prosesindədir. Media institutunun çevikliyi Azərbaycanda dövlət və ictimai səviyyədə buna hədsiz həssas yanaşıldığının nəticəsidir.

İctimai nəzarətin ən səmərəli üsulu olaraq media azadlığının gücləndirilməsinə doğru Azərbaycanda böyük yol keçilib. Media azadlığı yolunda Axərbaycanın əldə etdiyi nəricələr barədə istənilən səviyyədə arqumentli müzakirələr açmaq olar. Təəssüf ki, azad media prinsipini özbaşına yozaraq bunu mütləq sərbəstlik və məsuliyyətsizlik kimi başa düşənlərə hələ də rast gəlinir. Azad və peşəkar media jurnalist məsuliyyətsizliyi və missiyasız jurnalistika ilə ortaq mənafelərə malik ola bilməz".

Baş redaktor deyib ki, azad medianın mühüm əlamətlərindən biri də məqsədyönlü təhrif, yalan və böhtanlardan uzaq olmaqdır ki, bu sahədə Azərbaycanda problemlər var: "Azad media atmosferində peşəkar və maarifçi jurnalistika ilə yüksək jurnalist avtoriteti arasında möhkəm bağlılıq var. Bütün fəaliyyətini yersiz sensasiyalar yaratmağa yönəldən böhtançılara və populist yalançılara azad media mühitində yer yoxdur, azad media şəraitində şər- böhtançılıq üslubu heç kimə qibtə doğuran peşə avtoriteti qazandıra bilməz.

Jurnalistin və jurnalistikanın nüfuzunun bir-biri ilə ayrılmaz şəkildə bağlılığı azad medianın Azərbaycan modelində özünü doğrultmuş təzahürlərdən biridir. Azərbaycan cəmiyyəti yaxşı başa düşür ki, özünün şəxsi peşə nüfuzu olmayanlar jurnalistika peşəsinin nüfuzuna əlavə nüfuz qata bilməz. Mediada qeyri peşəkarlar və gündəlik mənafeləri öndə görənlər bir qayda olaraq Azərbaycanın əleyhinə işləyən dairələrin təsirinə daha çox düşürlər. Obyektiv jurnalist missiyasına sadiqlik, dövlət və ictimai mənafelərə bağlılıq Azərbaycanın azad media inkişafı yollarında mühüm nəticələrə yetişməsində həlledici rol oynayıb".

Ekspert deyib ki, daimi islahatlarla daha kamil media modellərinə doğru irəliləyiş Azərbaycanın hazırkı mərhələdə xarakterik xüsusiyyətlərindən biridir: "Azərbaycan jurnalist peşəkarlığının, jurnalist məsuliyyətinin və mediada idarəçilik- struktur islahatlarının bir arada aparılmasında ən yaxşı nəticələr əldə edə bilən azsaylı ölkələrdən biridir.

Hazırda media idarəçiliyi və azad media inkişafı yolunda mühüm nəticələrdən biri daha geniş səlahiyyətlərə malik Medianın İnkişaf Agentliyinin yaradılmasıdır".

Maska taxmayan turist polisə əxlaqsız təklif etdi  VİDEO like
  • 03 May 19:16  
Dünya Maska taxmayan turist polisə əxlaqsız təklif etdi VİDEO

Türkiyənin Antalya şəhərində Litva əsilli ingilis turist qadın polisə

arrow Ətraflı
Vaxtilə Ronaldonun ağlını almışdı, indi isə…  FOTOlar like
  • 03 May 19:09  
Şou-biznes Vaxtilə Ronaldonun ağlını almışdı, indi isə… FOTOlar

Rusiyalı model İrina Şeyk sosial şəbəkədə yeni paylaşımı ilə diqqət

arrow Ətraflı
Məşhur nişanlı cütlükdən yeni FOTO like
  • 03 May 19:03  
Şou-biznes Məşhur nişanlı cütlükdən yeni FOTO

Məşhur cütlük Aydan Axundzadə və İbrahim Çingizdən xəbər var.

arrow Ətraflı
Tanınmışların bugünkü Instagram paylaşımları  FOTO like
  • 03 May 18:57  
Şou-biznes Tanınmışların bugünkü Instagram paylaşımları FOTO

Tanınmış şou-biznes nümayəndələri, incəsənət adamları İnstaqram sos

arrow Ətraflı
“O müğənni bu həyatı gizlin yox, real yaşayır”  VİDEO like
  • 03 May 18:51  
Şou-biznes “O müğənni bu həyatı gizlin yox, real yaşayır” VİDEO

ARB TV-nin "Bazar Düzü" verilişinin qonağı ifaçı Vəfa Şərifo

arrow Ətraflı
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim edilib like
  • 03 May 18:46  
Digərləri “Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim edilib

"Mədəniyyət", "ARB Günəş" telekanallarında yayımlana

arrow Ətraflı
Birinci doza “Sinovac”dırsa, ikincisi fərqli ola bilər? like
  • 03 May 18:44  
Digərləri Birinci doza “Sinovac”dırsa, ikincisi fərqli ola bilər?

Məlum olduğu kimi, bu gündən Azərbaycanda COVID-19 infeksiyasına qarşı i

arrow Ətraflı
"Pandemiya vaxtımı evdə keçirirəm, evdən çıxmıram" like
  • 03 May 18:38  
Şou-biznes "Pandemiya vaxtımı evdə keçirirəm, evdən çıxmıram"

"Pandemiya vaxtımı evdə keçirirəm. Evdən çıxmıram. Efirlərə də

arrow Ətraflı
Şeron Stoun bədən quruluşu ilə heyran etdi  FOTO like
  • 03 May 18:32  
Şou-biznes Şeron Stoun bədən quruluşu ilə heyran etdi FOTO

Hollivud aktrisası və modeli 63 yaşlı Şeron Stoun yeni çimərlik fotosu il

arrow Ətraflı
Ailə faciəsi  uşaq maşınla anasının üstündən keçdi like
  • 03 May 18:26  
Digərləri Ailə faciəsi uşaq maşınla anasının üstündən keçdi

Kursk vilayətinin (Rusiya) Şiqrı şəhərində altıyaşlının sükan arxas

arrow Ətraflı
Röya dekolteli geyimi ilə gündəmdə  FOTO like
  • 03 May 18:19  
Şou-biznes Röya dekolteli geyimi ilə gündəmdə FOTO

Xalq artisti Röya Ayxan İnstaqram paylaşımı ilə diqqət çəkib.  

arrow Ətraflı
Qırğızıstan və Tacikistan arasında razılaşma olacaq like
  • 03 May 18:17  
Dünya Qırğızıstan və Tacikistan arasında razılaşma olacaq

Qırğızıstan və Tacikistan hökumətləri yaxın bir həftə ərzində 112 k

arrow Ətraflı
İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsində dəyişiklik edildi  FƏRMAN like
  • 03 May 18:14  
Siyasət İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsində dəyişiklik edildi FƏRMAN

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 d

arrow Ətraflı
“Azərbaycanlıların Şuşaya qayıtması barədə danışanda...”  Paşinyan like
  • 03 May 18:13  
Dünya “Azərbaycanlıların Şuşaya qayıtması barədə danışanda...” Paşinyan

Müvəqqəti Baş nazir Nikol Paşinyan Serj Sarkisyanın prezident olduğu döv

arrow Ətraflı