AZAL BakıMineralnıye VodıBakı istiqaməti üzrə xüsusi reyslərin yerinə yetirilməsinə başlayır


Digərləri 03 May 2021 18:45:00 129 0

AZAL BakıMineralnıye VodıBakı istiqaməti üzrə xüsusi reyslərin yerinə yetirilməsinə başlayır

"Azərbaycan Hava Yolları" aviaşirkəti Rusiya Federasiyasının digər bir şəhərinə - Mineralnıye Vodı - aviabilet satışına başlayır.

Bakı-Mineralnıye Vodı-Bakı marşrutu üzrə xüsusi reyslər mayın 30-dan etibarən həftədə bir dəfə, bazar günləri yerinə yetiriləcək. Aviabiletləri aviaşirkətin www.azal.az rəsmi saytından əldə etmək mümkündür.

Hazırda "AZAL" Rusiyanın paytaxtı Moskva şəhərinə də xüsusi reyslər həyata keçirir.

Aviaşirkət "COVİD-19" pandemiyası ilə əlaqədar olaraq sağlamlığın qorunması üçün bütün zəruri tədbirləri görür, aviadaşıyıcının reysləri hökümətin tövsiyələrinə uyğun olaraq həyata keçirilir.

Beləliklə, Bakı-Mineralnıye Vodı istiqamətində aviareysin sərnişinlərinin nəzərinə:

- Rusiya ərazisinə giriş hüququ olmalıdır. Pandemiya dövründə RF ərazisinə giriş qaydaları aviaşirkətin saytında qeyd edilmişdir https://www.azal.az/az/information/covid-russia

- koronavirus infeksiyasının olmadığı barədə arayış təqdim edilməlidir. Azərbaycanda COVID-19 üçün test verilə bilən klinikaların siyahısı aviaşirkətin saytında qeyd edilmişdir: https://www.azal.az/az/information/covid-clinics

Mineralnıye Vodı-Bakı istiqamətində reysin sərnişinlərinin nəzərinə: